"Simurq" Gürcüstandakı hazırlığını tamamlayır

"Simurq" Gürcüstandakı hazırlığını tamamlayır

"Simurq" Peşakar Futbol Klubunun Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı artıq yekunlaşmaq üzrədir. Siasport.az saytının məlumatına görə, bir gündə iki dəfə məşqə çıxan "sarı-qaralar" səhər hazırlığını fitnes zalda davam etdirib. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən Zaqatala təmsilçisi, axşam məşqində isə əsasən taktiki ağırlıqlı tapşırıqlar üzərində işləyib. Daha sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışan komanda, sonda ikitərəfli oyunla günlük məşqi tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə