21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki çıxışını başa vurub. Siasport.az saytının məlumatına görə, yığmamız qrupda son oyununu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzindəki "Dalğa Arena"da İngiltərə komandasına qarşı keçirib. Qarşılaşma 2:0 hesabı ilə ingiltərəli futbolçuların xeyrinə başa çatıb.
Beləliklə, 8 oyunda 7 xal toplayan yığmamız qrupda 4-cü yeri tutub.
Azərbaycan yığmasının seçmə mərhələdə keçirdiyi bütün oyunların nəticəsi isə belə olub:
01.09.2011
İngiltərə – Azərbaycan 6:0
06.09.2011
Belçika – Azərbaycan 4:1
06.10.2011
Azərbaycan – Norveç 0:2
10.10.2011
Azərbaycan – Belçika 2:2
29.02.2012
Azərbaycan – İslandiya 1:0
01.06.2012
Norveç – Azərbaycan 1:0
05.06.2012
İslandiya – Azərbaycan 1:2
06.09.2012
Azərbaycan – İngiltərə 0:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB