Tennis üzrə Bakı şəhər açıq kuboku keçirilib

Tennis üzrə Bakı şəhər açıq kuboku keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Tennis Akademiyasının kortunda tennis üzrə Bakı şəhər açıq kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 68 nəfər idmançı (onlardan 18 nəfəri qadınlardır) iştirak edib. Məlumat üçün bildirək ki, kişilər arasında mübarizədə I yerə Tennis Akademiyası-1, II yerə Tennis Akademiyası-2, III yerə Nəsimi rayonu, qadınlar arasında mübarizədə I yerə Tennis Akademiyası-2, II yerə Binəqədi rayonu, III yerə Tennis Akademiyası-1 komandaları layiq görülüb.

Qeyd edək ki, yarışda I, II və III yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə