İngiltərənin "Mançester Yunayted" futbol klubu, daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" Meksika yığmasının üzvü olan 18 yaşlı Angelo Hernuguezi sıralarına qatıb. Gənc futbolçu komandanın rəsmi saytına verdiyi açıqlamada bildirib ki, o dünyanın ən yaxşı komandasına transfer olmaqdan məmnundur. "Mançester Yunayted"lə böyük uğurlara imza atmaq istədiyini deyən gənc futbolçu, Aleks Fergusyonun rəhbərliyi altında çalışacağından məmnun olduğunu deyib. Gənc futbolçu "Mançester Yunayted"də 21 nömrəli formada çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB