Fatih Terimin qızı ona mahnı hədiyyə etdi!

Fatih Terimin qızı ona mahnı hədiyyə etdi!

İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimin dünən 59 yaşı tamam olub. Siasport.az saytı xəbər verir ki, "imperator" ad gününü doğmaları və komanda rəhbərliyindəki şəxslərlə bir arada qeyd edib. Maraqlıdır ki, tanınmış futbol mütəxəssisinə ən böyük ad günü sürprizi, qızı Buse Terimden gəlib. Belə ki, atasının ərköyün qızı kimi tanınan B.Terim, "İmperator"a özünün bəstələdiyi video klip hədiyyə edib. Xanım Terim, özünün twitter səhifəsindən yayımladığı "Beni affet kızım" adlı bu video klipdə, atasına olan duyğularını şeirə və mahnıya çevirərək, terimsevərlərlə paylaşıb.

İŞTE O ŞARKININ SöZLERi

Beni affet kızım
Gözümün önünde büyüdün göremedim.
Nasıl sevdim seni gösteremedim
Beni affet kızım
Bir lafın yeter buna, sana söyleyemedim.
Hadi vazgeç kızım
Benim gözümde hiç büyüyemedin
Evlendiğin adam
Seni benim gibi korur mu?
Sen böyle mutluyken, içimdeki
hüzün sorun mu?
Başın sıkışırsa bana söz ver lütfen olur mu?
Sen çağır, baban hazır!

Bütün xəbərlər Facebook səhifəmizdə