Güləşçilərimiz dünya çempionatında qızıl və bürünc medal qazandılar
Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın ikinci günü 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Şinopu Otanı (Yaponiya), Əbu Həlimə Məhəmməd Əl Səid Abı (Misir), Mazyar Sirməhəmmədini (Finlandiya) və Şərif Kılıçı (Türkiyə) məğlub edərək finala yüksəlib.
Həlledici mərhələdə güləşçimiz moldovalı Viktor Çiobandan üstün olub və dünya çempionatının qızıl medalını qazanıb.
Digər güləşçimiz Zaur Mehrəliyev (120 kq) isə bürünc medala sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB