"Bakı"nın müdafiəçisi Əziz Quliyev hazırlıq barədə fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır:
- "Turan"la oyuna hazırlıq necə gedir?
- Düzünü desəm, mənim üçün çətindir, çünki bir aydır ki, komandadan kənar qalmışdım. İndi artıq məşqlərə başlamışam. Əlimdən gələni edirəm ki, tezlikə forma yığım. Zənnimcə, belə davam eləsəm, "Turan"la oyunda komandama kömək edə bilərəm.
"Turan" ilə oyundan sonra bizi Lənkəranda çətin qarşılaşma gözləyir. Deyirlər ki, oyun Yevlaxda keçiriləcək. Mənim üçün daha rahat olmalıdır, çünki uzun müddət "Karvan"ın heyətində oynamışam və həmin meydanı yaxşı tanıyıram.
- Avqustun 7-də 2014-cü il Dünya Çempionatının seçmə oyununda Azərbaycan komandası İsrail millisini gəbul edəcək. Bu oyunla bağlı sənin fikirini öyrənmək maraqlı olardı.
- Əlbəttə ki, mən Azərbaycan millisinə azarkeşlik edəcəm. Bunun üçün ikiqat stimul var, çünki milli komandanın heyətinə həmklublarım Elvin və Aqil Məmmədovlar da çağırılıb. Yenidənqurmadan sonra böyük həvəslə Tofiq Bəhramov adına stadiona gedib, oyunu canlı izləyəcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB