"Qalatasaray"ın yeni transferi Braziliya mətbuatına danışdı

"Qalatasaray"ın yeni transferi Braziliya mətbuatına danışdı

İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan braziliyalı Kris, Braziliya mətbuatına bir sıra açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, Braziliya ictimai radiosuna verdiyi açıqlamada keçmiş "Lyon"lu forvard, "Qalatasaray"la futbol koreyrasında yeni səhifə açmağı planlaşdırdığını dilə gətirib: "Sözsüz ki, "Lyon"da yaşadıqlarımı heç vaxt unuda bilmərəm. Xüsusi ilə qızım doğulanda bu komandanın rəhbərliyi və azarkeşlərinin mənim üçün etdiklərini unuda bilmərəm. Bütün qəlbimlə "Lyon"un yanındayam. Burada Milan Baroş, Fernando Muslera, Felipo Melo və Yohan Elmanderlə birlikdə olmaqdan məmnunam"-deyə braziliyalı fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə