"Xəzər Lənkəran" bu gün axşam saatlarında Bakıya gələcək. Siasport.az saytının məlumatına görə, səfərin məqsədi komandanın sabah paytaxtda "Kəpəz"lə keçiriləcək yoldaşlıq oyununda iştirak etməsidir. Bu görüşdə "Xəzər Lənkəran"ın milliyə çağırılan futbolçularından başqa bütün oyunçuların;n, o cümlədən yeni transferlərin çıxışı gözlənilir. Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur.
Xatırladaq ki, sabahkı qarşılaşma saat 17:30-da "AZAL Arena"da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB