Böyükağa Hacıyev: "Joze Mourinyo oyunçuların nə yaşadığını mənim qədər bilmir"
"Mən həyata keçirdiyim işləri 100 ölçüb bir biçirəm. Çalışıram ki, səhv etməyim və ya az səhv edim. Çünki məşqçilərin səhvi bağışlanmır və həlledici olur. Onu aradan qaldırmaq isə çox çətindir". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Azərbaycan futbolunun tarixinə Avropa Liqasının qrup mərhələsinə komanda çıxaran ilk baş məşqçi kimi düşən Hacıyev artıq "Real"ın çalışdırıcısı Joze Mourinyo ilə müqayisə olunur. Maraqlı məqam ondan ibarətdi ki, bu müqayisə Rusiya mətbuatında aparlıb. Rus həmkarlarımız hesab edir ki, "zəif" don Joze kimi maraqlı açıqlamarı ilə yadda qalır.
Hacıyevin məsələyə münasibəti belə olub: "Joze Mourinyo dahi məşqçidir. Ona sözüm yoxdur. O, güclü psixoloq və metodistdir. Amma taktiki cəhətdən zəifdir. Bir də o futbolçu olmayıb, oyunçuların nə yaşadığını mənim qədər bilmir".
futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB