"Qalatasaray" klubu "Lion"un futbolçusu Krisi rəsmi olaraq transfer edib. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Qalatasaray" klubunun rəhbəri Ünal Aysalın cari mövsüm üçün güclü heyətinə dünyanın məşhur ulduzlarından birini daxil etmək planı artıq baş tutub. Tomas Ujfalusun zədəsi səbəbindən futbolçu axtarışına çıxan "sarı-qırmızılılar" Fransanın "Lion" klubundan Kristian Markez Qomezi dünən gecə bağladıqları müqavilə ilə komandaya daxil edib. Daha çox Kris adıyla məşhur olan 35 yaşlı müdafiəçi ilə 1 illik razılaşma əldə edən "Qalatasaray" daha əvvəl adları gündəmə gələn Fernando Torres, Andre Arşavin və son olaraq Kakadan vaz keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB