“Simurq” məşqləri davam etdirir

“Simurq” məşqləri davam etdirir

Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq" Peşəkar Futbol Klubu dünən növbəti məşqlərinə çıxıb. Siasport.az saytıın məlumatına görə, səhər hazırlığı əvvəlcə qaçışla başlanıb və fiziki gücün artırılması ilə bağlı tapşırıqlarla davam edib. Daha sonra ötürmələr üzərində çalışan komanda məşqin sonunda kollektiv müdafiə və kollektiv hücum taktikası üzərində işləyib. Axşam məşqində isə isinmə hərəkətlərindən sonra iki hissəyə bölünən sarı-qaralar, hər bir hissəsi 30 dəqiqədən ibarət ikitərəfli oyun oynayıb.

Qeyd edək ki, sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışını davam etdirəcək "Simurq" bu gün bir məşqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə