"Fulhem"in yeni transferi Dmitri Berbatov şok açıqlamaları ilə gündəmə gəlib. Siasport.az saytının məlumatına görə, bolqarıstanlı ulduz Aleks Ferqyusonun ona haqsızlıq olunduğu üçün "Mançestr Yunayted"i tərk etdiyini bildirib. Transfer mövsümünün son günündə 5 milyon sterlinq qarşılığında "Mançestr"dən "Fulhem"ə keçən Berbatov sabiq baş məşqçisi Alex Ferqyusonu "top atəşinə" tutub. Belə ki, keçirdiyi mətbuat konfransında isveç baş məşqçi və klubu haqda danışan bolqarıstanlı ulduz özünə haqsızlıq olunduğunu qeyd edib. "Qırmızı şeytanların" yeni sistemi haqqında da münasibətini bildirən təcrübəli top ustası klubdan ayrılmağına bu sistem dəyişikliyinin təsir etdiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB