Gürcüstandakı təlim-məşq toplanışını davam etdirən "İnter" ilk yoxlama görüşündə "Spartak-Tsxinvali" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, "Mtskxeta Park" stadionunda baş tutan matçda "İnter" rəqibinə heç bir şans verməyib - 4:0. Görüşün 30-cu dəqiqəsində Baçana Tsxadadze hesabı açıb. 58-ci dəqiqədə hakim Daniel Genova qarşı edilən kobudluğa görə "Spartak"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və nöqtəyə yaxınlaşan Baçana Tsxadadze hesabı artırıb. 69-cu dəqiqədə Asif Məmmədov rəqibin qapısına yol tapıb. Görüşün əsas vaxtının bitməsinə 7 dəqiqə qalmış isə Ramil Mansurov qolkiperin qaytardığı topu qapıya göndərərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin yetirmələri toplanış çərçivəsində ikinci oyunu sentyabrın 8-də keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB