Futbol dünyası bu gecə gələn bir xəbərlə sarsılıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Eskişehirspor"un futbolçusu Ediz Bahtiyaroğlu ürək tutması nəticəsində 26 yaşında həyatını itirib. "Eskişehirspor" klubunun rəsmi internet səhifəsində verilən açıqlamada bu sözlər yazılıb: "Futbolçumuz Ediz Bahtiyaroğlunu bu gecə keçirdiyi ürək tutması nəticəsində itirdik. Ona Allahdan rəhmət, ailəsinə və bütün futbol aləminə başsağlığı diləyirik. Mövzu ilə əlaqədar ətraflı məlumatlar gün içərisində veriləcək".
Qeyd edək ki, Ediz 1986-cı ildə dünyaya gəlmişdi. O, futbol karyerasına "Bursaspor"da başlayıb. "Ankaraspor"da professional karyeraya qədəm qoyan gənc müdafiəçi "Ankaragücü" və "Bukaspor" formalarını da geydikdən sonra son olaraq "Əskişəhərspor"da oynamışdı. Ediz 11 dəfə U-21-in formasını geymiş və 1 qol vurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB