Üzgüçümüz paralimpiya oyunlarında daha bir gümüş medal qazandı

Üzgüçümüz paralimpiya oyunlarında daha bir gümüş medal qazandı

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 1 dəqiqə 4 saniyə nəticə göstərərək qrupda üçüncü olub. Digər qruplarda da yarışlar başa çatdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib və bu idmançılar arasında Natali Pronina da olub.
Həlledici mərhələdə N.Pronina yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarında daha bir gümüş medal qazanıb. Yarışın qalibi Rusiya idmançısı Oksana Savçenko olub.
Qeyd edək ki, N.Pronina 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında da gümüş medal qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə