Azərbaycan Çempionu müəyyən oldu

Azərbaycan Çempionu müəyyən oldu

Voleybol üzrə yeniyetmə oğlanlar (1998-1999) arasında Azərbaycan Çempionatının final oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, 8 komandanın mübarizə apardığı çempionatda (Masallı, Gədəbəy, Şirvan, Sumayıt, Şəki, Balakən, Mingəçevir, Qusar) komandalar Balakən rayonun İdman zalında qarşılaşıb.

Məlumat üçün bildirək ki, 1998-1999 cu illər arasında (oğlan) keçirilən Azərbaycan Çempionatında ilk üç pillələri "Masallı", "Gədəbəy", "Şirvan" komandaları tutub.

Qeyd edək ki, bu il (2011-2012) kişilər arasında yüksək liqa yarışları da keçirilib. 9 komandanın mübarizə apardığı Azərbaycan Çempionatında I yeri "Neftçi Bakı", II yeri "Naxçıvan", III yeri isə "Sərhədçi Bakı" tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə