Nazim Süleymanov rəqiblərimizin oyununu izləyəcək

Nazim Süleymanov rəqiblərimizin oyununu izləyəcək

Sentyabrın 7-də, Moskva şəhərində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya - Şimali İrlandiya oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov qarşılaşmanı izləyəcək.

Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda Portuqaliya, Rusiya, Şimali İrlandiya, Lüksemburq və İsrail yığmaları ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə