Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi

Bu gün Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başlayıb. Siasport.az saytının məlumatına görə, sentyabrın 11-dək davam edəcək çempionatın ilk günü 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Yarışda ölkəmizi Murad Bazarov (50 kq), Rövşən Tağıyev (60 kq), Şamil Ertuqanov (74 kq) və Abas Abdullayev (96 kq) təmsil edirlər. M.Bazarov ilk görüşündə iranlı Aşkan Həsən Qolikianini, T.Tağıyev ermənistanlı Vazgen Xaçatryanı, Ş.Ertuqanov isə almaniyalı Paskal Eyseleni məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə