Premyer Liqanın təqvimində dəyişiklik edildi

Premyer Liqanın təqvimində dəyişiklik edildi

"Neftçi" klubunun Avropa Liqasının qrup mərhələsində ilk dəfə olaraq iştirakını və bu turnirdə uğurlu çıxış etməsi üçün lazimi şərait yaradılmasını nəzərə alaraq Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimində dəyişiklik edib. Siasport.az saytı dəyişiklikləri nəzərinizə çatdırır:

2. Avropa Liqasının "Neftçi" – "İnter" matçı 04 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:

VII turun "İnter" – "Neftçi" matçı 29 sentyabr 2012-ci il tarixindən 28 sentyabr 2012-ci il tarixinə keçirilsin.

3. Avropa Liqasının "Rubin" – "Neftçi" matçı 25 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:

X turun "Rəvan" – "Neftçi" matçı 27 oktyabr 2012-ci il tarixindən 28 oktyabr 2012-ci il tarixinə keçirilsin.

5. Avropa Liqasının "Neftçi" – "Partizan" matçı 22 noyabr 2012-ci il tarixinə təyin olunduğu üçün XIII turun "Neftçi" – "Sumqayıt" matçı 18 noyabr 2012-ci il tarixindən 17 noyabr 2012-ci il tarixinə keçirilsin.

6. Avropa Liqasının "İnter" – "Neftçi" matçı 06 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun "Neftçi" – "Rəvan" matçı 08 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci il tarixinə keçirilsin.

8. Premyer Liqanın IV turunun təxirə salınmış AZAL – "Neftçi" matçı 13 fevral 2013-cü il tarixinə təyin olunsun və XIX turun "Kəpəz" – "Neftçi" matçı 10 fevral 2013-cü il tarixindən 09 fevral 2013-cü il tarixinə keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə