Hugo Almeyda "Beşiktaş"da qaldı...

Hugo Almeyda "Beşiktaş"da qaldı...

Beşiktaş"ın portuqaliyalı ulduz futbolçusu Hugo Almeyda, futbol koryerasını bu mövsüm də İstanbul klubunda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin "Spor3.com" idman saytı məlumat yayıb. Məlumata əsasən, dünən axşam baş məşqçi Səməd Aybaba ilə görüşən H.Almeyda, hələ ki transfer olmaq üçün klub tapa bilmədiyini və bu mövsüm "Beşiktaş"da qalmaq istədiyini dilə gətirib. Baş məşqçi isə, onun hər zaman komanada yeri olduğunu və onunla çalışmaqdan məmnun olacağını deyib. Məlumata əsasən, baş məşqçinin ona qarşı bu mövqeyindən razı qalan portuqaliyalı, hazırda komandanın təlim-məşq prosesinə qoşulub. Xatırladaq ki, H.Almeyda məhz ailə problemlərini əsas gətirərək istanbul klubundan ayrılmaq istəyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə