Gürcü futbolunun canlı əfsanəsi "Simurq"un məşqində

Gürcü futbolunun canlı əfsanəsi "Simurq"un məşqində

"Simurq"un bu günkü məşqini izləyənlər arasında tanınmış bir sima da iştirak edib. Siasport.az saytının məlumatına görə, hazırda Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti və 21 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi işləyən Akeksandr Çivadzedi Zaqatala təmsilçisi ilə yaxından tanış olub, "sarı-qaralar"ın məşq prosesini izləyib. Baş məşqçi Georgi Çixradze ilə çox yaxşı münasibətləri olan gürcü futbolunun canlı əfsanəsinə "Simurq" haqqında dolğun məlumat verilib.

Qeyd edək ki, Aleksanr Çivadze 1980-cı ildə SSR-nin ən yaxşı futbolçusu seçilib. O, 1974-cü ildən 1987-ci ilə qədər Tiflisin "Dinamo" klubunda forma geyinib. Paytaxt təmsilçisinin heyətində çıxdığı 324 matçda 44 qola imza atan Çivadze komandası ilə 2 dəfə ittifaq kubokunun qalibi olub, 1978-ci ildə isə SSSR çempionu adına layiq görülüb. 1980-cı ildə Moskvada keçirilən olimpiadada yığma komandanın heyətində iştirak edib və bürünc medal qazanıb. Daha sonra məşqçilik karyerasına başlayan Çivadze 1993-1997 və 2001-2003-cü illərdə yığma komandanı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə