Bu gün London Paralimpiya Oyunlarında üç idmançımız mübarizə aparacaq. Siasport.az saytının məlumatına görə, atletika yığmamızın üzvləri Mədinət Abdullayeva lövhə atma yarışlarında, Rza Osmanov isə 400 metr məsafəyə qaçış turnirinin yarımfinal mərhələsində mübarizə aparacaqlar. Hər iki yarışa Bakı vaxtı ilə 23:05-də start veriləcək.
Üzgüçümüz Natali Pronina 100 metr məsafəyə sərbəst üsulla yarışlarda iştirak edəcək və turnir saat 14:10-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB