"Simurq"un qapıçıları heyətdən ayrı məşq edirlər

"Simurq"un qapıçıları heyətdən ayrı məşq edirlər

Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Simurq" Peşəkar Futbol Klubu Gürcüstanda təşkil edilmiş təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, "Kopala" otelində məskunlaşan komanda bu gün növbəti məşqinə çıxıb. Əvvəlcə fitnes klubda fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında məşqlərə başlayan sarı-qaralar, daha sonra hazırlaşdıqları meydançaya yollanıblar. Burada da fiziki gücün artırılması ilə bağlı bir neçə tapşırığı yerinə yetirən futbolçular, müxtəlif taktiki və texniki çalışmalarla məşqi davam etdiriblər.

Komandanın çərçivə qoruyucuları Dmitri Kramarenko, David Pietrzkieviç və Eyyub Əliyev isə heyətdən ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi hazırlaşıblar.

Qeyd edək ki, sabah da Zaqatala təmsilçisi iki məşqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə