“Liverpul” son 50 ilin ən uğursuz mövsümünü yaşayır

“Liverpul” son 50 ilin ən uğursuz mövsümünü yaşayır

Premyer Liqa komandalarından olan "Liverpul" liqa tarixinin son 50 ilindəki ən uğursuz mövsüm başlanğıcını yaşayır. Siasport.az saytının məlumatına görə, klub rəhbəri Con Henri məsuliyyətin özündə olduğunu bildirib. Belə ki, Premyer Liqada sonuncu dəfə "Arsenal"la evində qarşılaşan "Liverpul" 2:0 hesabı ilə məğlub olaraq, 3 matçın yekununda sadəcə 1 xal toplaya bilib. Klub meneceri Brendan Rocers sonuncu transfer müddətində gerçəkləşdirilən keçidlərin özündə məyusluq yaratdığını bildirdiyi bir vaxtda "Liverpul" klubunun rəhbəri Con Henri azarkeşlərə məktub ünvanlayıb.

Qeyd edək ki, Henri məktubunda uğursuzluğun səbəbini belə ifadə edib: "Transfer siyasətimiz mükəmməl olmaya bilər. Amma, biz sadəcə qarşımızdakı 16 matça nəzər yetirmirik, irəlidəki 16 il və sonrasının təməlini atırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə