İki futbolçu "İnter"in düşərgəsinə qoşulub

İki futbolçu "İnter"in düşərgəsinə qoşulub

Xəbər verdiyimiz kimi, Tiflisdəki təlim-məşq toplanışını davam etdirən "İnter" klubu növbəti məşqlərə çıxıb. Siasport.az saytınının məlumatına görə, axşamkı məşqdə Tiflisə yenicə gələn Brüs Abdullayev və Petar Zlatinov da iştirak edib. Hər iki futbolçu fərdi qayda üzrə çalışıb. Onlar əsasən qaçış və yüngül isinmə hərəkətləri ilə məşğul olublar.

Qeyd edək ki, komandanın toplanışında Azərbaycan yığmasının sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev, Arif Daşdəmirov və Azərbaycanın U-21 millisinin düşərgəsində olan Abdulla Abatsiyev iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə