İngiltərənin "Liverpul" futbol klubunda işlər yeni mövsümdə də yaxşı başlamadı. Siasport.az saytı xəbər verir ki, "Liverpul"un yeni mövsümün arxada qalan 3 turunda qələbə üzünə həsrət qalması, dünən isə "Arsenal"a öz meydanında məğlub olması, komanda ətrafında gərginliyi artırıb. Komandanına zarkeşləri son 50 ildə ilk dəfə olaraq yeni mövsümə belə uğursuzluqla başlayan "Liverpul"dakı durumdan çox üzgündürlər. Komandanın prezidenti Con Henri isə azarkeşlərə göndərdiyi məktubunda, rəhbərliyin yeni və güclü "Liverpul"un qurulması üçün əməli işə başladığını, bu planın uzaq on illikləri nəzərdə tutduğunu açıqlayıb. Klub prezidenti azarkeşlərə üzünü tutaraq bildirib ki, "Liverpul" onlardan daima dəstək gözləyir və komandaya ciddi dəstək olsunlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB