Paralimpiya oyunlarında daha bir medal qazandıq

Paralimpiya oyunlarında daha bir medal qazandıq

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, atletika yığmamızın üzvü Hüseyn Həsənov uzunluğa tullanma turnirində uğurla çıxış edib. Yarışların final mərhələsində 6,53 metr nəticə göstərən H.Həsənov bürünc medal qazanıb.
Yarışın qalibi çinli Fulianq Liu olub. Gümüş medala isə fransalı Arnaud Assoumani sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə