İnyesta: "Bu mükafatı komanda yoldaşlarıma və azarkeşlərimizə həsr edirəm"
"Qızıl Top" mükafatını alaraq Avropanın ən yaxşı futbolçusu adını qazanan "Barselona"lı Andres İnyesta, bu mükafatının təkcə ona deyil, bütün komanda yoldaşlarına aid olduğunu açıqlayıb. Siasport.az saytı xəbər verir ki, 28 yaşlı ispaniyalı forvard, jurnalistlərə bildirib ki, o bu mükafatı "Barselona"lı komanda yoldaşlarına və katalon azarkeşlərinə həsr edir:
"Komanda yoldaşlarımın mənim uğurlarımda böyük payı var. Bu, heç şübhəsiz ki belədir. Amma bizim hamımız üçün "Barselona"lı azarkeşlərimizin yeri tam başqadır. Biz onların sevgisi ilə yaşıl meydanlarda böyük uğurlar əldə edirik. Ona görə bu mükafatı elə onlara da həsr edirəm"-deyə A.İnyesta fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB