Basketbol millimiz Bolqarıstana məğlub oldu

Basketbol millimiz Bolqarıstana məğlub oldu

Basketbol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 6-cı oyununu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız səfərdə Bolqarıstan millisinin qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun bolqarıstanlı basketbolçuların 94:77 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız seçmə mərhələdəki 2-ci matçını məhz Bolqarıstana qarşı keçirmiş və doğma meydanda qələbə qazanmışdı – 88:73.

Bütün xəbərlər Facebook səhifəmizdə