Stritbol üzrə turnir keçirilib

Səbail rayonu 91 saylı məktəbin meydançasında Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyinə həsr olunmuş stritbol üzrə turnir keçirilib. Siasport.az saytının məlumatına görə, 1997-99-cu il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 72 nəfər (onlardan 36 nəfəri qızlardır) iştirak edib. Qızlar arasında yarışda I yeri "Ümid" komandası, II yeri "Sevinc" komandası, III yeri "Şəfəq" komandası, oğlanlar arasında I yeri "Qarabağ" komandası, II yeri "Bayıl" komandası, III yeri "Azərbaycan" komandası tutub.
Qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə