Bu gün paralimpiya oyunlarında 5 idmançımız yarışacaq

Bu gün paralimpiya oyunlarında 5 idmançımız yarışacaq

Bu gün 5 idmançımız London Paralimpiya Oyunlarında mübarizə aparacaq. Siasport.az saytının məlumatına götə, atletika yığmamızın üzvü Elçin Muradov 200 metr məsafəyə qaçış yarışlarında, Hüseyn Həsənov isə uzunluğa tullanma turnirində yarışacaq. İki yüz metr məsafəyə qaçış yarışları Bakı vaxtı ilə saat 01:46-da, uzunluğa tullanma turniri isə saat 14:20-də start götürəcək.
Atıcılıq yarışlarında ölkəmizi iki idmançı təmsil edəcək. Hər iki idmançımız – Yelena Taranova və Əkbər Muradov 25 metr məsafəyə atəşaçma yarışlarında iştirak edəcəklər. Turnir saat 13:00-da başlayacaq.

Natali Pronina 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarda iştirak edəcək və turnirə 15:02-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə