Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların dünya reytinqini açıqlayıb. Siasport.az saytının məlumatına görə, ölkəmizin bu siyahıda yeganə təmsilçisi olan son çempion "Neftçi" ötən ayla müqayisədə xeyli irəliləyə bilib. Hesabında 73 reytinq xalı olan paytaxt təmsilçisi 566-cı pillədən 305-ci pilləyə yüksəlib. "Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "İnter" 29-cu, "Rubin" 83-cü, "Partizan" isə 125-cidir. "Neftçi"nin Avroliqadan kənarlaşdırdığı Kiprin APOEL klubu isə iki pillə geriləyərək siyahıda 47-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB