"Simurq" məşqlərini davam etdirir

"Simurq" məşqlərini davam etdirir

Tiflisdə təlim-məşq toplanışında olan "Simurq" PFK hazırlıqlara ara vermədən davam edir. Siasport.az saytının məlumatına görə, komanda dünən paytaxt təmsilsiçi "Lokomotiv"lə keçirdiyi yoldaşlıq görüşündən sonra bu gün bərpaedici məşqə çıxıb. Baş məşqçi Georgi Çixradze əvvəlcə yetirmələrinə uzun məsafəyə qaçış tapşırığını verib. İsinmə hərəkətlərindən sonra üç qrupa bölünən futbolçular məşqi kvadrat oynamaqla davam etdiriblər. Sonda qapıya zərbələr üzərində çalışılıb.

Qeyd edık ki, səhər hazırlığından sonra gürcü mütəxəssis yetirmələrinə istirahət verib. Sabahdan komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə