"İnter" "Spartak"la qarşılaşacaq

"İnter" "Spartak"la qarşılaşacaq

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" sentyabrın 4-də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Siasport.az saytının məlumatına görə, bu oyunda paytaxt klubu "Spartak - Tsxinvali" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Spartak - Tsxinvali" Gürcüstanın birinci dəstəsində mübarizə aparır. Bu klub 2007-ci ildə yaranıb. "Spartak"ın Gürcüstan çempionatında ən yaxşı göstəricisi 2009/10 mövsümündə tutduğu 5-ci yerdir. Ölkə kubokunda isə Tsxinvali təmsilçisi bir dəfə 1/2 finala kimi irəliləməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə