AZAL yığmanı məğlub etdi

Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da AZAL klubu ilə yoxlama oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.

Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İngiltərə yığmaları sentyabrın 6-da, saat 20:00-da, "Dalğa Arena"da qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə