Bədavi Hüseynov əsas millidən U-21-ə göndərildi

Bədavi Hüseynov əsas millidən U-21-ə göndərildi

Azərbaycan milli komandasının Bakı şəhərində keçirilən təlim-məşq toplanışına dəvət olunmuş Bədavi Hüseynov bu gündən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanıb. Siasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da keçiriləcək Azərbaycan - İngiltərə oyunundan sonra Bədavi Hüseynov yenidən millinin heyətinə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə