"Neftçi" Cənubi Kiprdən vətənə qayıdıb. Siasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandamız hava limanında bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Heydər Əliyev adına beynəlxalq hava limanında izdiham yaşanıb. Fanatlar futbolçulara gül dəstləri verib, rəqs ediblər. Oyunçular və klub rəsmiləri azarkeşlərlə sevinclərini bölüşüblər. Hava limanında Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları dalğalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB