"APOEL"də fövqəladə vəziyyət elan olundu!

"APOEL"də fövqəladə vəziyyət elan olundu!

Cənubi Kiprin "APOEL" klubunda əsl gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Neftçi"yə olan acınacaqlı məğlubiyyətdən sonra, artıq bu gün komandanın Direktorlar Şurasının iclası çağırılıb. Bu barədə "APOEL"in mətbuat katibi Panikos Çatziliasis açıqlama ilə çıxış edib. ""Neftçi"yə məğlubiyyətə görə hamıdan üzr istəyirik. Bizim arzularımızı öldürməyə haqqımız yox idi.
Bakıda həyəcan təbili çalınmışdı. Bu dəfə isə sillə dəydi. Buna görə də çox məyusuq. Amma artıq irəli - gələcəyə baxmalıyıq. Elə bunun üçün də bu gün APOEL-in direktorlarının fövqəladə şurasını çağıracağıq. Yığıncaqda məğlubiyyətə qiymət veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə