Aykut Kocaman: "Ya Aleks ya da mən!"

Aykut Kocaman: "Ya Aleks ya da mən!"

İstanbulun "Fənərbaxça" futbol klubundakı gərginlik pik həddə çatıb. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Aykut Kocamanla kapitan Aleks de Souza arasında yaşanan qarşıdurma, elə bir həddə gəlib çatıb ki, hətta komandanın prezidenti Əziz Yıldırım da baş verənlər qarşısında aciz qalıb. Məsələ burasındadır ki, "Spartak"la keçirilən cavab qarşılaşmasından sonra Ə.Yıldırımla görüşərək Alekslə bağlı məsələni birdəfəlik həll etməyi tələb edən A.Kocaman, "Bu komandada ya Aleks qalacaq, ya da mən" tələbini irəli sürüb. Məlumata əsasən, Ə.Yıldırım da A.Kocamanı müdafiə etmək qərarındadır. Bu isə o deməkdir ki, braziliyalı futbolçu tezliklə "Fənərbaxça"nı tərk edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə