Bu gün Qubada velosipedçilərin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, yarışda müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində mübarizə aparır. Turnir 4 mərhələdə keçirilir. Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə hərəkət edərək 120 kilometr məsafə qət edəcəklər.
Yarış sentyabrın 3-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB