APOEL-in baş məşqçisi: "Neftçi” qələbəyə layiq idi"

APOEL-in baş məşqçisi: "Neftçi” qələbəyə layiq idi"

Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Neftçi"yə qarşı keçirdikləri cavab oyunu barədə fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, İ.Yovanoviç "Neftçi"nin qələbəyə layiq olduğunu qeyd edib: "Çox məyusam. Bu məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm. Rəqib bizdən daha yaxşı oynadı. "Neftçi" qələbəyə layiq idi. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. Onlar da bizim kimi APOEL-in Avroliqanın qrup mərhələsinə düşəcəyinə ümid edirdilər. Lakin futbolda istənilən nəticəyə hazır olmalısan. Bu dəfə bizdə alınmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə