Güloğlan Cabbarov: "Psixoloji baxımdan komanda ilə saatlarla söhbətimiz oldu"
"Neftçi"nin idman direktoru Güloğlan Cabbarov da flaqmanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, çox böyük sevinc hissləri yaşadığını bildirib: "Şükürlər olsun Allaha, bu gün çox sevincli gündür. Çox şanslı insanlarıq ki, bu hisləri yaşadıq, çox qürurluyuq. İnanın ki, bunları dillə ifadə etmək heç cür mümkün deyil. Bu qələbəmiz Azərbaycan futbolununa xeyirli, uğurlu olsun. Çox şanslıyıq ki, biz bu tarixi yaşaya bildik. Bu, mənim üçün çox böyük qürür və şərəfdir. İnanıram ki, bundan sonra digər klublarımız da belə nəticələr göstərəcək. Buna səmimi qəlbdən inanıram. Bizim əsas problemimiz komandanı oyuna psixoloji cəhətdən hazırlamaq idi. Biz də futbolçulara başa saldıq ki, oyunu meydana çıxmamış udmaq lazımdı. Psixoloji baxımdan komanda ilə hətta saatlarla söhbətimiz oldu, çox şükür ki, bu, bizdə alındı. Komandada özünəinam artdı və meydana çıxmadan inandılar ki, rəqibi burada uda bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB