Hafiz Məmmədov "Neftçi"ni təbrik etdi

Hafiz Məmmədov "Neftçi"ni təbrik etdi

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"ni tarixi qələbə münasibəti ilə təbrik edib. Siasport.az saytının məlumatına görə, UEFA Avropa Liqası pley-of mərhələsinin "Apoel"-"Neftçi" oyunu başa çatar-çatmaz Azərbaycan çempionuna təbriklərini ünvanlayan Hafiz Məmmədov bu qələbəni bütün Azərbaycan futbolunun uğuru kimi dəyərləndirib və "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər arzulayıb: "Bu, həqiqətən də, tarixi qələbədir. Sevincimizin həddi-hüdudu yoxdur. AFFA prezidenti Rövnəq Abdullayevi, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu təbrik edirəm. Bu insanların zəhməti öz bəhrəsini verdi, "Neftçi" bütün xalqımızı sevindirdi. Bütün Azərbaycan futbolsevərlərinə "gözünüz aydın olsun", - deyirəm. "Neftçi" UEFA səviyyəli turnirdə bir ilkə imza atdı. İnanıram ki, bu qələbələrin ardı gələcək."

Bütün xəbərlər Facebook səhifəmizdə