Ramin İbrahimov XIV Paralimpiya Oyunlarının qızıl medalını qazandı FOTO

Ramin İbrahimov XIV Paralimpiya Oyunlarının qızıl medalını qazandı FOTO

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Ramin İbrahimov ilk görüşünü Koreya Respublikasının idmançısı Min-Ca Liyə qarşı keçirib. Rəqibi üzərində inamlı qələbə qazanan R.İbrahimov növbəti mərhələyə adlayıb. Azərbaycan idmançısı 1/4 finalda Fransa cüdoçusu Kevin Villemontla üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə R.İbrahimov qələbə qazanıb və yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya cüdoçusu Takaaki Hiraidən üstün olan R.İbrahimov finala vəsiqə qazanıb.
Finalda Xiaodong Li (Çin) ilə görüşən Ramin rəqibinə qalib gələrək, Azərbaycan milli komandasına ilk qızıl medal qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə