Böyükağa Hacıyev: "Oyunun sonuna 10 dəqiqə qalmış APOEL azarkeşləri bizi dəstəkləyirdi"

Böyükağa Hacıyev: "Oyunun sonuna 10 dəqiqə qalmış APOEL azarkeşləri bizi dəstəkləyirdi"

APOEL - "Neftçi" oyunundan sonra komandamızın baş məşqçisi Böyükağa Hacıyev matç barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, qarşılaşmanın sonlarına yaxın rəqib azarkeşlərin "Neftçi"yə azarkeşlik etdiyini qeyd edib: "İlk öncə qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu, böyük qələbədir. Bu gün meydanda bir-birinə layiq olan iki rəqib komanda görüşürdü. Dünən bizim jurnalist mənə sual verdi ki, 20 min azarkeş sizi narahat etmir ki? Mən Uelsdə "Kardiff Millennium"da komanda meydana çıxarmışam. Mən dedim ki, APOEL azarkeşləri sonda bizi dəstəkləyəcəklər. Artıq oyunun sonuna 10 dəqiqə qalmış APOEL azarkeşləri bizi dəstəkləyirdi. Bütün Azərbaycan futbolsevərlərini tərbik edirəm, onları bağırıma basıram. Bilirəm ki, indi Bakıda hamı sevinir. Bakıda indi bayramdır".

Bütün xəbərlər Facebook səhifəmizdə