Azərbaycanlı jurnalistlərə Cənubi Kiprdə hücum edirlər SON DƏQİQƏ

Azərbaycanlı jurnalistlərə Cənubi Kiprdə hücum edirlər SON DƏQİQƏ

APOEL - "Neftçi" oyununda Azərbaycan jurnalistləri təhlükəli anlar yaşayırlar. Siasport.az saytının məlumatına görə, yerli azarkeşlər Azərbaycandan oyunu işıqlandırmaq üçün Cənubi Kiprə getmiş jurnalistlərə hücum etməyə cəhd edirlər. Məlumatlara görə, oyunun bitməsinə baxmayaraq, stadionda partlayıcılardan istifadə olunur. Jurnalistlərimiz mətbuat konfransı keçirilən zala çox çətinliklə gedə biliblər. Azərbaycan jurnalistlərinin sosial şəbəkələrdə "online" şəkildə paylaşdıqları cümlələri nəzərinizə çatdırırıq:

Vüsal Bəbirli (Stadium.az-ın baş redaktoru): "Biz çox xoşbəxt insanlarıq - 12 jurnalist. Sağ-salamat press lojadan press-konfrans otağına gələ bildik. Hamı sevindi ki, sağıq. Stadionda qumbara partlatdılar. Stadionda bizlər olan yerə azarkeşlər hücum edirlər. Gözyaşardıcı qazdan istifadə etdilər. Bir təhər sağ qalmışıq. Yazdıqlarım zarafat deyil, papa canı..."

Əli Sahib (Fanat.az-ın baş redaktoru): "Son dəqiqə: Polislər gözyaşardıcı qazdan istifadə etdilər. Ağlayan yunan ushaqlarını göz sulanmasından xilas edirəm. Təbii ki, təcrübəmə arxalanıb..."

Qeyd edək ki, oyun zamanı yerli azarkeşlər Türkiyə bayrağını yandırıb, Ermənistan bayrağını qaldırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə