İstanbulun "Qalatasaray" futbol klubu ciddi itki ilə üzləşə bilər. Siasport.az saytı xəbər verir ki, bir neçə saat bundan əvvəl komandanın təlim məşq prosesində çexiyalı futbolçu Tomas Ujfalusi zədələnib. Türkiyənin "Hürriyet" qəzeti yazır ki, əsas komanda ilə əvəzedicilərin qarşılaşmasında zədələnən T.Ujfalusi, "Medical Park" xəstəxanasına aparılıb. Qəzet yazır ki, çarpaz bağlarının ciddi zədələndiyi futbolçu, vəziyyəti ağır olduğu halda ən azı 4 ay yaşıl meydanlardan uzaqda qala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB