Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ramin İbrahimov ilk görüşünü Koreya Respublikasının idmançısı Min-Ca Liyə qarşı keçirib və rəqibi üzərində inamlı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.
Növbəti mərhələdə idmançımız Fransa cüdoçusu Kevin Villemontla üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə R.İbrahimov qələbə qazanaraq yarımfinala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB