Futbolçularımız Gürcüstan komandasına məğlub oldular

Futbolçularımız Gürcüstan komandasına məğlub oldular

Bu gün Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 2:1 hesabı ilə Gürcüstan yığmasının xeyrinə başa çatıb. Komandamızın heyətində Baxşəli Baxşəliyev fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 28-də keçirilmiş yoldaşlıq oyunu 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə